Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin yaz sessiyası başa çatıb. Amma parlament hələlik yay tətilinə getməyəcək.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, deputatların müraciəti əsasında növbədənkənar sessiyanın çağırılması qərara alınıb.
Spiker bildirib ki, Milli Məclisin yaz sessiyası dövründə 13 iclas keçirilib, 61 qanun qəbul edilib. Həmin müddətdə iki yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib. Parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən bəzi qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayıb. Bunlar “Hərbi qulluqçuların statusu haqqında” və “Ali təhsil haqqında” qanun layihələridir.
Spikerin çıxışından sonra himn oxunub və sessiya yekunlaşıb.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ