İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin sədri Mustafa Şentopa məktub ünvanlayıb


Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin 29-cu sədri Mustafa Şentopa məktub ünvanlayıb.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Spiker, məktubda Mustafa Şentopun TBMM-in sədri kimi fəaliyyəti dövründə qardaş ölkə parlamentinin əldə etdiyi uğurları qeyd edərək, bu dövrdə qardaş ölkələrimizin ali qanunvericilik orqanları arasındakı əlaqələrin daha da inkişaf etdiyini və keyfiyyətcə yeni səviyyəyə çatdığını vurğulayıb.

Qeyd edək ki, bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın Mustafa Şentopla telefon danışığı da olub. Telefon danışığında Sahibə Qafarova Mustafa Şentopun TBMM-in sədri kimi fəaliyyəti dövründə parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəyə görə bir daha təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mustafa Şentop öz növbəsində Türkiyə parlamentinin sədri kimi fəaliyyətinə verilən yüksək dəyərə görə Sahibə Qafarovaya dərin minnətdarlığını bildirib. O, bundan sonrakı fəaliyyəti dövründə də dost və qardaş xalqlarımız arasındakı münasibətlərin daha da dərinləşməsinə çalışacağını ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR