Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.
Musavat.com xəbər verir ki, hökumət üzvlərinin də iştirak etdiyi iclasda 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxi olan məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, gündəlikdəki 10 məsələ ikinci oxunuşda müzakirələrə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iclasda çıxış edərək büdcə layihəsi barədə məlumat verib və həmkarlarını sənədə səs verməyə çağırıb.
E.Paşasoy,
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ