İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin iclası başlayıb

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova giriş nitqində ölkə Prezidentinin 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı Sərəncamından danışdı. Cari məsələlərə ayrılan vaxtda çıxış edən deputatlar Jalə Əliyeva, Vüqar Bayramov və digərləri başa çatmaqda olan 2024-cü ilin uğurlu olduğunu dilə gətirdilər, dövlətimizə, millətimizə gələn illərdə uğurlar arzuladılar.

Qeyd edək ki, iclasın gündəliyində 10 məsələ var. Deputatlar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı müraciəti də qəbul edəcəklər.  

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

31 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR