İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

Milli Məclisin hazırda davam edən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verərək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu söyləyib. Vitse-spiker qeyd edib ki, ötən qanun layihəsinin qəbul edilməsindən uzun zaman keçir: “Yeni qanun layihəsi beynəlxalq təcrübələrə əsaslanır. Dünyanın 20 qabaqcıl ölkəsinin təcrübəsi öyrənilib, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb. Qanun lahiyəsində son variantda 66 dəyişiklik edilib”.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin vacibliyindən bəhs edib:

“Demokratik dövlətdə ifadə azadlığına, toplaşmaq və birləşmək azadlığına maksimum təminat verilməlidir. Yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsi məhz bu təminatlara cavab verir”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isədeyib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yenidən tərtib olunması vacib idi: “İlk qanun layihəsi 1993-cü ildə qəbul olunub. 30 ildən artıq zamanda bu qanuna təkcə 70 dəyişiklik edilib, amma müzakirələr zamanı 66 dəyişiklik olunub. Bu isə təbii ki, göstərilən diqqətin nəticəsidir. Eyni zamanda siyasi partiyalar haqqında qanunun bütün müddəaları Milli Məclisin saytında qeyd olunur. Qanunla bağlı bütün müddəalar beynəlxalq standartlara cavab verir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR