İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis Fikrət Məmmədovla bağlı Prezidentin təqdimatını təsdiqlədi

Milli Məclisdə Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova Azərbaycan Prezidentinin məsələ ilə bağlı parlamentə təqdimat göndərdiyini bildirib.

Birinci vitse-spiker, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Prezidentin təqdimatı barədə məlumat verib. O deyib ki, respublikanın Əməkdar hüquqşünasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təqdim olunması Azərbaycan Konstitusiya Məhkəməsinin bundan sonrakı fəaliyyətinə mühüm töhfələr verəcək.

Səsvermədən sonra təqdimatı təsdiqlənən F.Məmmədov həm dövlət başçısına, həm də deputatlara etimada görə təşəkkürünü bildirib. Spiker S.Qafarova F.Məmmədovu təbrik etdi, ona uğurlar arzulayıb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR