Onlayn ictimai-siyasi qəzet
Milad yarmakasında terror baş verib.
Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasında sürücü avtomobili izdihamın üzərinə sürüb. Nəticədə 11 nəfər həyatını itirib, 80-dən çox insan isə xəsarət alıb.
Musavat.com xəbər verir ki, hadisənin baş verdiyi yerdə fövqəladə vəziyyət xidmətləri və tibbi heyət işləyir.
Şahidlərin bildirdiyinə görə, avtomobil qəsdən insanların olduğu istiqamətə sürülüb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib, şəhər hüquq-mühafizə orqanları operativ tədbirləri davam etdirir.
Maqdeburq hüquq-mühafizə orqanları hadisənin araşdırıldığını və əlavə məlumatların yaxın zamanda veriləcəyini bildiriblər.
Hadisə, çoxsaylı insanların yarmarkada iştirak etdiyi bir vaxtda baş verib və şəhər əhalisi arasında geniş narahatlıq yaradıb.
Hadisəni törədən şəxsin saxlaıldığı bildirilir.
MDR müxbirlərinin verdiyi məlumata görə, hazırda Maqdeburqda Milad bazarının yaxınlığındakı Allee Mərkəzində ağır yaralılara və onların yaxınlarına tibbi yardım edilir. Bundan əlavə, yüngül yaralıların müalicəsi üçün bir tramvay saxlanılıb. Xilasedicilərin sözlərinə görə, daha ağır yaralılar ətrafdakı xəstəxanalara, məsələn, Stendaldakı xəstəxanalara paylanır.
Musavat.com
21 Dekabr 2024
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ