İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi iki dəfə artdı

Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2024-cü ilin 10 ayı ərzində iki dəfə artıb.

Musavat.com Rusiya mediasına istinadən xəbər berir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət-iqtisadi əlaqələr "inkişaf mərhələsindədir" və Rusiya hazırda Ermənistanın əsas sərmayədarlarından biridir.

"Bizim Ermənistandakı sərmayələrimiz artıq 3,4 milyard ABŞ dollarına çatıb. Ermənistanda 40-dan çox iri Rusiya şirkəti fəaliyyət göstərir. Onların bir hissəsi dövlət büdcəsinə ən böyük vergiödəyicilərindən biridir," – Overçuk vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan açıqlamasında demişdi ki, Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 10 milyard dolları keçib. Bu göstərici iki ölkə arasındakı iqtisadi əlaqələrin genişlənməsinin və daha sıx əməkdaşlığın göstəricisidir.

Mqer Qriqoryanın sözlərinə görə Ermənistan üçün Rusiya ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır.

Məlumat üçün bildirək ki, Azərbaycanla Rusiya  arasında 11 aylıq ticarət dövriyyəsi isə (yanvar-noyabr) 4 milyard 400 milyon dollar təşkil edib.


Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR