Onlayn ictimai-siyasi qəzet
Prezident Co Bayden administrasiyası yaxın günlərdə Kiyevə Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün yekun yardım paketini elan edəcək.
Musavat.com xəbər verir ki, məlumatı administrasiyaya yaxın olan iki mənbəyə istinadən Reuters yayıb.
Yardımın Ukraynaya silah alışı üçün ayrılmış vəsaitdən təmin ediləcəyi bildirilir. Paketə hava hücumundan müdafiə sistemləri, xüsusən də hava obyektlərini tutan qurğular və artilleriya sursatları daxildir. Amerikanın Səsi xəbər verir ki, paketin dəyəri, mənbələrə görə, təxminən 1,2 milyard dollar təşkil edəcək.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ABŞ Kiyevə 175 milyard dollar, o cümlədən təxminən 61,4 milyard dollar təhlükəsizlik yardımı ayırıb.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ