İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikko Savola Finlandiyanın Türkiyəyə silah satmaması üçün heç bir səbəb görmür

Finlandiyanın müdafiə naziri Mikko Savola yerli “Uusi Suomi” qəzetinə müsahibəsində ölkəsinin Türkiyəyə sursat və ağır silah sata bilməməsi üçün heç bir səbəb görmədiyini bildirib.

AZƏRTAC “Uusi Suomi” qəzetinə istinadla xəbər verir ki, NATO-ya üzvlük məsələsi Finlandiyanı silah ixracı siyasətində dəyişiklik aparmağa məcbur edib.

Finlandiyanın Xarici İşlər və Müdafiə nazirlikləri, eləcə də hökumətin özü silah ixracını nəzarətdə saxlayır. Lakin bu ilin yanvarında Finlandiya 2019-cu ildən bəri ilk dəfə Türkiyəyə müdafiə materiallarının ixracına icazə verib. Müdafiə naziri bu qərarı onunla əsaslandırıb ki, NATO-ya üzvlüklə əlaqədar olaraq Türkiyə gələcək müttəfiq kimi qəbul edilməlidir. Silah ixracı qaydalarının yumşaldılması NATO-nun Madriddə keçirilən sammitində imzalanmış sazişin bir hissəsidir.

Xatırladaq ki, Finlandiya hökuməti Türkiyə Ordusunun Suriyadakı hərbi əməliyyatına cavab olaraq 2019-cu ildə Türkiyəyə silah və hərbi texnika tədarükü üçün icazə verməkdən imtina etmişdi. Lakin Finlandiya və İsveçin 2022-ci ildə NATO-ya daxil olmaq qərarı alyansın bütün üzvləri, o cümlədən Türkiyə tərəfindən müraciətin ratifikasiya edilməsini tələb edir. Bu müraciətə cavab olaraq Türkiyə tərəfi Finlandiya və İsveçdə gizlənən və terrorizmdə ittiham olunan bütün şəxslərin ekstradisiyasını, habelə silah ixracına dair mövcud qadağaların aradan qaldırılmasını tələb edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR