İnsanlara hürriyət, millətlərə istiqlal!

Mİ-5: "Rus kəşfiyyatı müasir tarixin ən ağır zərbəsini alıb"

Rusiya Federasiyası ilə Ukrayna arasında davam edən müharibə zamanı xaricdə fəaliyyət göstərən rus kəşfiyyat şəbəkəsi müasir tarixdə ən ağır zərbəni alıb.

AzVision.az bu barədə BBC-yə istinadən xəbər verir. Nəşr yazır ki, belə bir iddia ilə Britaniya əks-kəşfiyyatının ("Mİ-5") rəhbəri Ken Makkallum çıxış edib. Onun sözlərinə görə, Britaniya hələ uzun illər Rusiyanın təcavüzkar davranışlarına hazır olmalıdır.

Əks-kəşfiyyat rəhbəri Böyük Britaniyanın üzləşdiyi təhdidlərə dair illik hesabatında qeyd edib ki, Rusiya səfirliyinin ayrı-ayrı ölkələrdə olan 600-dən çox əməkdaşı qovulub. Onlardan 400-dən çoxunun casus olması ehtimalı var.

"Bu, Avropanın yaxın tarixində Rusiya kəşfiyyatına vurulan ən strateji zərbə oldu", - Makkallum qeyd edib.

"Mİ5" rəhbəri onu da xatırladıb ki, təkcə Böyük Britaniyadan diplomatik pərdə altında işləyən 23 rusiyalı casus qovulub.

Bundan əlavə, Moskvanın vətənlərinə qaytarılan "diplomatları" əvəz etmək məqsədilə hazırladığı yüzdən çox rusiyalıya da milli təhlükəsizlik səbəbi ilə diplomatik viza verilməyib.

“Biz arxayın ola, rahatlana bilmərik. Yaxın illərdə Rusiyanın Böyük Britaniyaya qarşı açıq və ya gizli aqressiyalarına, təcavüzünə hazır olmalıyıq”, - Britaniya əks-kəşfiyyatının rəhbəri fikirlərinə əlavə edib.

Makkallumun fikrincə, Rusiya Britaniya üçün həm casuslar, həm də kiberhücumlar şəklində gizli təhlükə yaratmaqda davam edəcək. Bundan başqa, ruslar həm də enerji qiymətlərinin qəsdən artırılması və əhaliyə məqsədyönlü şəkildə dezinformasiya ötürməsi istiqamətində də aşkar təhlükə hesab edilirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR