Onlayn ictimai-siyasi qəzet
"Meta" platformalarının təsisçisi və baş direktoru Mark Zukerberqin vəzifə mükafatının həcmi 2024-cü ildə 2,8 milyon dollar artaraq 27,2 milyon dollara çatıb.
Musavat.com MarketWatch-a istinadən xəbər verir ki, bu, şirkətdəki hər hansı digər top menecerin aldığından daha çoxdur.
2012-ci ildən bəri Zukerberqin maaşı ildə 1 dollardır və o, heç bir bonus və ya səhm almır.
2024-cü ildəki ödənişlərin ümumi məbləğinə Zukerberq və ailəsinin təhlükəsizliyinin təmin olunmasına sərf edilən və bir il əvvəlki 10 milyon dollarla müqayisədə 14 milyon dollar təşkil edən məbləğ də daxildir. Bundan əlavə, "Meta" ona şəxsi təyyarə ilə uçuşlara görə 2,6 milyon dollar məbləğində kompensasiya ödəyib.
"Meta" 2024-cü ildə dividend ödəməyə başlayıb Dvidendin həcmi ötən ilin dördüncü rübündəki artımdan sonra indi 1 səhm üçün 0,52 dollar təşkil edir. Zukerberq şirkətin səhmlərinin təqribən 13 faizinə sahibdir və ildə təxminən 700 milyon dollar(vergi ödənişindən əvvəl) dividend alır.
2025-ci ilin əvvəlindən "Meta"nın kapitallaşması 14,35 faiz azalaraq 1,27 trilyon dollara düşüb.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ