İnsanlara hürriyət, millətlərə istiqlal!

Mesut Özilin Bakıya səfərinin səbəbi müəyyənləşib

Almaniya millisinin sabiq futbolçusu Mesut Özilin Bakıya səfərinin səbəbi müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan professor İrfan Gündüz mətbuat konfransında bildirib.

O, Türkiyədə Mesut Özil Futbol Akademiyasını qurmaq istədiklərini və bununla bağlı Bakıda görüşlər keçirdiklərini söyləyib:

"Azərbaycanlı azyaşlı uşaqların da bu akademiyaya cəlb olunmasını istəyirik".

Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR