İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur şirkət ekoloji fəlakət yaratdı, YOL BAĞLANDI – VİDEO

Abşeron rayonu, Pirəkəşkül kəndinin ərazisində fəaliyyətdə olan “Gold Wine” şirkətinin fermer təssərrüfatı ekoloji fəlakət yaradıb.

Musavat.com xəbər verir ki, şirkətin təsərrüfatından çirkab sular əraziyə axıdılır, Sumqayıtçayın yatağını çirkləndirir. Ərazidə çöl quşlarının və balıqların ölməsi faktlarının olduğu bildirilir.

Fermer təssərrüfatının yaxınlığında kənd təssərüfatı fəaliyyəti ilə məşğul olan Natiq Ələsgər Musavat.com-a bildirib ki, üfunət iyi kilometrlərlə kənardan hiss olunur:

“Burada çoxillik meyvə bağı salımışam. Bağın su təhcizatı “Abşeron Su Kanal” Birliyi ilə bağlanmış müqaviləyə əsasən illik ödəniş etməklə əraziyə yaxın olan Sumqayıtçay su mənbəyindən istifadə edirəm. Qonşuluqda yerləşən “Gold Wine” şirkətinin fermer təssərrüfatının əməkdaşları ərazidə ekoloji fəlakət yaradıblar. Fermalarda saxlanan mal-qaranın peyini yuyularaq emal edilir və emaldan sonra çirkab sular əraziyə axıdılır. Bu azmış ki, axıdılan çirkab suyu Sumqayıtçayın yatağına axıdılır, çayda olan canlılar məhv olur. Çirkab sularının axıdılması nəticəsində təsərrüfatımda suvarma işləri aparmaq mümkünsüz hala gəlib.

Bundan əlavə, qanunla müəyyən edilmiş və Dövlət Reyestr Xidmətinin göstərdiyi yoldan artıq 10 gündür ki, istifadə etmək mümkün deyil. Həmin təşkilat ümumi nəzərdə tutulmuş yolu zəbt edərək gediş-gəlişə maneələr törədir, yol faktiki olaraq zəbt edilib. Ekologiya nazirindən xahiş edirəm ki, ekoloji terrora son qoyulmasına dair tədbirlər görülsün. Əmlak Məsələləri Dövlət Komitəsindən də xahiş edirəm ki, zəbt edilmiş yolun bərpa edilməsinə dair göstəriş verilsin”.

Musavat.com olaraq bildirək ki, yazıda adı hallanan “Gold Wine” şirkətinin də rəsmilərini dinləməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR