Onlayn ictimai-siyasi qəzet
Məşhur türkiyəli komediyaçı Hasan Can Kayanın Acun Ilıcalının rəhbərlik etdiyi “Exxen” platforması ilə yollarını ayırmaq üzrə olduğu iddia edilir.
Musavat.com-un xəbərinə görə, məlumata əsasən, ona “Netflix” və “Disney+” başda olmaqla bir çox yerli və beynəlxalq platformadan təkliflər gəlib. Hasan Can isə qərar vermək üçün bir aylıq vaxt istəyib.
Kaya yaxın çevrəsinə verdiyi açıqlamada bunları deyib:
“Acun Ilıcalı ilə heç bir problemim yoxdur. Sadəcə artıq yoluma qlobal səviyyədə davam etmək qərarı vermişəm”.
Acun Ilıcalı isə daha əvvəl verdiyi müsahibələrdən birində Hasan Can Kayaya xaricdən çox yüksək məbləğli təkliflərin gəldiyini bildirmişdi:
“Hasan Can elə təkliflər aldı ki, normal hesabla bu vəziyyətdən çıxmaq mümkün deyil. Əgər biz ona 1 verirdiksə, onlar 4-5 qatını təklif etdilər. Amma nə dedi, bilirsənmi? “Mən Acun qardaşla yoluma davam edirəm, bu təklifləri düşünmürəm” dedi”.
Qeyd edək ki, Hasan Can Kaya bir zamanlar “YouTube”da yayımlanan və böyük marağa səbəb olan “Konuşanlar” proqramı ilə məşhurluq qazanıb. Son illərdə Ilıcalının rəqəmsal platforması “Exxen”də geniş tamaşaçı auditoriyasına sahib olub.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ