İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur iş adamının təyyarəsi qəzaya uğradı - cəsədləri dənizdə tapıldı

Dünyanın bir çox ölkəsində filialları olan "McFit fitnes" mərkəzlərinin dünyaca məşhur sahibi Rayner Şalleri daşıyan təyyarə Kosta Rikada qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, qəzaya uğrayan təyyarəd Rayner Şallerin sevgilisi və iki övladı da olub. 

Kosta-Rika mətbuatı bu xəbəri səhər saatlarında təyyarə ilə əlaqə kəsildikdən sonra açıqlayıb. Səhər saatlarında dənizdə iki cəsədin tapıldığı da açıqlanarkən, cəsədlərin Şallerin təyyarəsinin düşdüyü bölgədə aşkarlandığı bildirilib. Kosta-Rika ictimai təhlükəsizlik nazirinin müavini Martin Arias dənizdə tapılan dağıntıların qəzaya uğrayan təyyarəyə aid ola bilmə ehtimalından danışıb. 

Dünyanın ən böyük fitness zəncirlərindən biri olan "Mcfit" tərəfindən verilən ilk açıqlamada qəzanın baş verdiyi təsdiqlənsə də, təfərrüatlar açıqlanmayıb.

Dünyanın en büyük fitness zincirlerinden McFit’in kurucusunun uçağı düştü

Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələ də qeyri-müəyyən olsa da, saat 01:14-də təyyarənin texniki problemlərlə üzləşdiyi iddia edilib. Almaniyanın “Bild” qəzeti Şallerin sonuncu dəfə saat 01:45-də "Whatsapp"da onlayn olduğunu yazıb. Qəzanın dərhal sonra baş verdiyi bildirilib.

Bölgədə əlverişsiz hava şəraiti səbəbindən axtarış işlərinin dayandırıldığı bildirilir.

Qeyd edək ki, Şallerin "McFit" firmasının Avropada 257 filialı var və dünyanın ən böyük fitness şirkətləri arasındadır.

Musavat.com

McFit'in kurucusu Rainer Schaller uçak kazasında öldü - Dünya'dan Gelişmeler

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR