İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur idmançı qətlə yetirildi

 

İranda boks komandasının rəhbəri qadınlar tərəfindən qətlə yetirilib.

Musavat.com İran mediasına istinadən xəbər verir ki, Tehran əyalətinin Rabat-Kərim şəhər Polis İdarəsinin komandiri Teymur Kəlantəri bildirib ki, dünən keçmiş idmançı və İranın boks üzrə millisinin məşqçisi İsa Gülməhəmmədi evinin bağında qətlə yetirilib.

Məlumata görə, bağın gözətçisi dindirilərkən etiraf edib ki, idmançı ötən gecə evə iki qadınla birlikdə gəlib. O bildirib ki, daha sonra odlu silahdan açılan atəş səsini eşidib və İsa Gülməhəmmədinin öldürüldüyünü görüb.

Qeyd olunub ki, qatillər idmançının telefonunu da götürərək, hadisə yerindən qaçıblar.

Hələlik təqsirkarların axtarışları davam edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR