Onlayn ictimai-siyasi qəzet
Amerikalı tanınmış həkim Dr. Eric Bergin sözlərinə görə gündəlik həyatınıza əlavə edəcəyiniz sadə vərdiş orqanizminizi zərərli maddələrdən təmizləyəcək.
Milli.Az xəbər verir ki, söhbət limonlu sudan gedir. Bu təbii içki, xüsusilə yeməkdən sonra qəbul edildikdə, ürək və qaraciyər sağlamlığı üçün faydalıdır.
Onun izahına görə limon suyunun tərkibindəki faydalı maddələr, xüsusilə də "choline" adlı birləşmə qaraciyərdəki yağlanmanı azalda bilər. Həkim bildirir ki, qaraciyər yağlanması (hepatik steatoz) vaxtında qarşısı alınmazsa, uzunmüddətli ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Limon suyu isə bu yağların parçalanmasına kömək edən fitobesinlərlə zəngindir.
Həkimin vurğuladığı başqa bir məqam da limon suyunun ödə müsbət təsir göstərməsidir. Öd çatışmazlığı bədəndə artıq xolesterin yığılmasına səbəb ola bilər. Limon suyu isə bu tarazlığı bərpa etməyə yardım edir.
Limon suyu arıqlamağa birbaşa təsir etməsə də, qanda şəkəri tənzimləyərək və insulini aşağı salaraq dolayısı ilə çəki atmağa kömək edə bilər. Dr. Bergin fikrincə artıq çəkidən qurtulmaq istəyənlər "necə arıqlayım?" sualından çox, "insulini necə azaldım?" sualına cavab axtarmalıdır. Limonlu su isə bu prosesdə təbii bir vasitə ola bilər.
Bundan əlavə, limon suyunun böyrək daşlarının yaranmasının qarşısını almaq gücündə olduğu da qeyd edilir. Tərkibindəki sitrik turşu, oksalat adlı maddə ilə birləşərək daş əmələ gəlmə riskini azalda bilər. Xüsusilə böyrək daşı keçirmiş şəxslər üçün bu vərdiş önəmli profilaktik rol oynaya bilər.
Hətta heyvanlar üzərində aparılan bəzi araşdırmalar limonlu suyun ömür uzunluğuna da müsbət təsir etdiyini göstərib.
Limonun tərkibindəki naringin adlı maddənin damar tıxanıqlığı, hemorroid, varikoz və hətta Alzheimer xəstəliyinə qarşı qoruyucu potensiala malik olduğu da vurğulanır.
Ancaq Dr. Berg bir neçə mühüm detallara da diqqət çəkir:
Nəticə etibarilə, limonlu su içmək sadə, əlçatan və sağlamlıq baxımından faydalı bir vərdişdir. Ancaq hər bir təbii üsul kimi, o da sağlam həyat tərzinin bir hissəi olaraq düşünülməlidir. Yəni balanslı qidalanma, idman, siqaretdən uzaq durma və stresin idarəsi ilə birlikdə tətbiq edildikdə təsiri daha çox hiss ediləcək. Mədə problemi olan şəxslər isə mütləq həkimlə məsləhətləşməlidirlər.
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ