İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur bloger xarici agent elan olundu

Rusiya Ədliyyə Nazirliyi bloger İlya Varlamovu xarici agentlərin reyestrinə daxil edib.

Onunla birlikdə hüquq müdafiəçisi Pavel Çikov və jurnalist Boqdan Bakaleyko da əcnəbi agent kimi tanınıb.

Qeyd edək ki, “Xarici agent” anlayışı Rusiya qanunvericiliyinə 2012-ci ildəki etiraz dalğasından sonra daxil edilib. Əvvəlcə bunun siyasi fəaliyyətlə məşğul olan və xaricdən maliyyə alan QHT-lərə şamil edilməsi nəzərdə tutulurdusa, sonradan yeni status fiziki və hüquqi şəxslərə də şamil edilib.

2022-ci ilin dekabr ayından Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin vahid reyestrini aparır. (Oxu.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR