İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur alpinistin olduğu qrup Şuşa və Kəlbəcər qayalarına kəşfiyyat yürüşü etdi

Azərbaycan Alpinizm Federasiyası(AAF) Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında yeni marşrutların kəşfiyyatını həyata keçirib. Sergey Sumberq, Yaqub Əsədov, Rinat Rəhimxanov və İsrafil Aşurludan ibarət qrup Şuşa və Kəlbəcərdəki qaya massivlərinə baxış keçirmiş və torpaqlarımızın işğaldan azad edildikdən sonra ilk dəfə olaraq Daşaltı çayının kanyonunda yürüş ediblər.

Musavat.com xəbər verir ki, yürüş 14-18 oktyabr tarixlərində baş tutub.

Səfər nəticəsində 350-dən çox qısa (30 metrə qədər) və çox ipli (“multipitç” 200 metrə qədər) qaya marşrutlarının yaradılması üçün ilkin potensial müəyyən edilib.

AAF göstərdikləri köməyə və dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə minnətdarlığını bildirib:

“Biz 2025-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında çoxdan gözlənilən turizm və qayaya dırmanma marşrutlarının hazırlanmasını təmin etmək üçün hər cür səy göstərəcəyik”.

Qeyd edək ki, qrupa daxil olan İsrafil Aşurlu 2007-ci ildə Everest (8848 m), 2009-cu ildə Qələbə (7439 m), 2011-ci ildə Kançencanqa (8586 m), 2019-cu ildə isə Lxotze (8516 m) və Manaslu (8163 m) zirvələrinə çıxıb, keçmiş SSRİ-nin 5 ən hündür zirvəsinin hamısını fəth edərək “Qar bəbiri” fəxri adını qazanan ilk azərbaycanlıdır. İsrafil Aşurlu adını tarixə həm də Everest zirvəsini və Şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist kimi yazıdırmağı da bacarıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR