Onlayn ictimai-siyasi qəzet
19 ildir yayımlanan "Arka Sokaklar"da "Rıza Baba" obrazını canlandıran məşhur aktyor Zafer Ergin "Kurtlar Vadisi" serialından niyə ayrıldığını açıqlayıb.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Zafer Ergin "Bloomberg HT" kanalında yayımlanan "Aslı Şafak’la İşin Aslı" proqramında bu barədə etiraf edib.
Məşhur aktyor deyib:
""Arka Sokaklar"dan əvvəl bir serialı zərərli təsirə malik olduğu, pis vərdişlərə səbəb olduğu üçün tərk etmişdim. Halbuki çox cazibədar şərtlər təklif olunmuşdu.
Bəzi aktyor dostlarım mənə "Niyə tərk etdin? Dünyanın pulunu qazanırdın" kimi sözlər dedilər. Amma mənim öz prinsiplərim, qaydalarım və düşüncələrim var. Televiziya böyük bir silahdır. Televiziya insanları yaxşıya, doğruya yönləndirmək imkanına malikdir".
Aytən Novruz
Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ