Onlayn ictimai-siyasi qəzet
Məşhur aktyor Hamdi Alkan "Kızılcık Şerbeti" serialında rol alacaq.
Musavat.com xəbər verir ki, Alkan serialda İlhaminin atası "Ülvi" obrazını canlandıracaq.
Aktyor oğlunun ondan kömək istəməsindən sonra hekayəyə qoşulacaq. "Ülvi"nin gəlişi Nursema, Firaz və İlhami arasında sevgi üçbucağını qızışdıracaq.
"Kızılcık Şerbeti"nin 86-cı bölümü bu axşam "Show TV"də yayımlanacaq.
Qeyd edək ki, serialın baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ