Onlayn ictimai-siyasi qəzet
Sonuncu dəfə "Holding" serialı ilə ekranlara çıxan məşhur aktrisa Melisa Döngel indi də özəl həyatı ilə gündəmdədir.
Musavat.com xəbər verir ki, Melisa Döngelin məşhur iş adamı Öncü Sönməz ilə yeni eşq yaşadığı iddia edilib.
Melisa Döngel ilə Öncü Sönməzin iki həftə əvvəl münasibət qurduğu bildirilir.
Münasibətlərini diqqət mərkəzindən uzaq yaşamağa üstünlük verən Döngel və Sönmezin ortaq dostları tərəfindən tanış edildiyi də bildirilir. Cütlüyün bir neçə həftə sonra xaricə birlikdə tətilə gedəcəyi də açıqlanıb.
Qeyd edək ki, aktrisa Melisa Döngelin də rol adlığı "Holding" serialı bir neçə ay öncə erkən final qərarı almışdı. Ekran işi 4-cü bölümdə yayımdan qaldırılmışdı.Buna səbəb isə, reytinqlərdə istənilən nəticəni verməməsi olub. Serialın baş rollarını Erdal Özyağcılar, Tuğba Sunguroğlu, Caner Topçu və Mustafa Üstündağ kimi aktyorlar paylaşır.
Musavat.com
16 Mart 2025
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ