İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisa həbsxanada təmizlikçi oldu

13 yaşlı qıza qarşı cinsi təcavüzdə təqsirli bilinən və həbs olunan "Marvel"in "Doktor Strenc" filminin aktrisası Zara Pitian həbsxanada təmizlikçi olub.

 
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, aktrisa şərti azadlığa çıxmasına kömək edə biləcək təmizləmə kursuna yazılıb.
 
Zara Pitian 8 il müddətinə azadlıqdan məhrum edilib. O, əri Viktor Marke ilə birlikdə yeniyetmə qıza qarşı cinsi təcavüzdə günahkar bilinib. Viktor Marke isə 14 il azadlıqdan məhrum edilib.
 
Qeyd olunur ki, cütlük 3 il evlərində qıza "ayda bir və ya iki dəfə" təcavüz edib. Hər şey Pitianın yeniyetməyə spirtli içki verməsi ilə başlayıb. Ümumilikdə 59 yaşlı Marke məktəbli qızla təxminən 20 dəfə cinsi əlaqədə olub. 
 

Qaynarinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR