İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsciddəki fotosuna görə qalmaqal yaşayan türkiyəli dizayner barəsində qərar verildi

Bu ilin yanvar ayında "Four Seasons Hotel"in içərisindəki "Sultanahmet/Həyyətin-i Hassa" məscidində çəkdirdiyi fotoya görə qalmaqal yaşayan türkiyəli dizayner Eda Taşpınar barəsində məhkəmə qərar verib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, ötən gün keçirilən məhkəmə prosesində Eda Taşpınar haqqındakı ittihamla bağlı yetəri qədər dəlil olmadığına qərar verilib.

Xatırladaq ki, Taşpınar məscidin içərisində ayaqqabısı və məkana uyğun olmayan paltarı ilə poz vermişdi. Onun bu görüntüləri müzakirələrə səbəb olmuşdu. Çoxsaylı etirazlardan sonra Eda Taşpınar məsciddə çəkilmiş yarıçılpaq şəklini səhifəsindən silmişdi. Buna baxmayaraq, müsəlmanların ibadət yerinə qarşı bu hörmətsizliyə görə İstanbul Baş Prokurorluğu tərəfindən Eda Taşpınar barəsində istintaq başladılmışdı.

Xalidə Gəray
Musavat.com

mescid.jpeg (44 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR