İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərhum baş nazir Nəcməddin Ərbakanın oğlu "Cümhur" ittifaqına qoşuldu

Prezidentliyə namizəd olmaq üçün 100 min imza toplayan Fatih Ərbakanın rəhbərlik etdiyi "Yenidən Rifah" partiyası martın 20-də verdiyi qərarı dörd gün ərzində dəyişib və "Cümhur" ittifaqına qo.ulduğunu aşıqlayıb

Musavat.com Türkiyə mediasına istinadla bildirir ki, 4 gün əvvəl “Milli Görüş xəttindən güzəştə getmədən” yollarına davam etdiklərini bildirən Ərbakan bu gün deyib: “Partiyamız bu yürüşdə qısa zamanda çox böyük yol qət etdi”.

Partiyasının mayın 14-də keçiriləcək seçkilərə “çox ciddi və həlledici qüvvə” kimi daxil olduğunu bildirən Ərbakan Milli Gorusun “əsl istiqamətinə uyğun” təmsil olunduğunu qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR