İnsanlara hürriyət, millətlərə istiqlal!

Məleykə Əsədova 1 aydır buna hazırlaşır - Fotolar

Akademik Milli Dram Teatrı Xurşidbanu Natəvanın 190 illiyi münasibəti ilə Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşasını təqdim etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Xalq artisti Məleykə Əsədova paylaşım edib. 

"Bir aydır hər gün ciddi məşqlər edirik! Hazırda praqon məşqlər gedir. İnşallah Akademik Milli Dram Teatrında yeni tamaşa - Qarabağın mərd, xeyriyyəçi, vətənpərvər, gözəl şairəsi “Xurşidbanu Natəvan“ın taleyindən bəhs edən tamaşaya baxa biləcəksiniz" - aktrisa qeyd edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR