İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.

Elm və Təhsil Nazirliyindən Musavat.com-a bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr – 5 gün olmaqla əhatə edir” – deyə, nazirlik qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR