İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksika körfəzində dalğalar milyonlarla ölü balığı sahilə atıb - məşhur filmi andıran VİDEO

Ötən əsrin 60-cı illərindən çəkilən "Balıqların su üzərinə çıxdıqları vaxt" adlı yunan filmindəki epizodlar  andıran bu mənzərə ABŞ-da baş verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki,  Texasda Meksika körfəzində dalğalar on minlərlə ölü balığı sahilə atıb.

Yayılan xəbərə görə, parkların və canlı təbiətin mühafizəsi təşkilatının rəsmi nümayəndələri Meksika körfəzinin suyunun rekord həddə - Fahrenheit 70 dərəcədən çox qızdığını bildiriblər. Belə bir temperatur oksigen miqdarının azalmasına səbəb olur və balıqların həyatına təhlükə yaradır. Nəticədə onlar nəfəs ala bilməyərək ölür. Buna görə də Texas sahilləri ölü balıqlarla doludur.

64898c2811829318542178.jpg (193 KB)

Bu hadisə on il yarım ərzində bu sahildə üçüncü dəfədir ki, baş verir. Bu səbəbdən çimərlik müvəqqəti olaraq bağlanıb.

Bütün ölü balıqları sahil zolağından yığışdırılması üçün xüsusi qrupların köməyinə ehtiyac yaranıb.

P.S. Birinci cümlədə adı çəkilən filmdə balıqların kütləvi qırılmasının səbəbi dənizə düşən kütləvi qırğın silahı idi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR