Onlayn ictimai-siyasi qəzet
Uşaq evliliyi ilə bağlı toy məclislərinin təşkil olunduğu məkan sahibləri üçün məsuliyyətin nəzərdə tutulması təklif edilir.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Eyni zamanda nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq, yetkinlik yaşına çatmayanlarla qeyri‑rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yardan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirlərinin əks olunması təklif olunur.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ