Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosununn keçmiş direktoru Ceyms Komi yalan şahidlik və ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onu 5 ilə qədər həbs gözləyir.
ABŞ Ədliyyə Nazirliyi Komini 2020-ci ildə Konqresə Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı yalan ifadə verməkdə ittiham edir. O, istintaqın ünvanında respublikaçıların tənqidini rədd edib və məxfi məlumatların jurnalistlərə açıqlanmasına icazə vermədiyini bildirib.
“Ədliyyə Nazirliyinə görə qəlbim qırıldı, amma federal məhkəmə sisteminə tam etibar edirəm. Mən günahsızam. Odur ki, məhkəməni keçirək və inamımızı qoruyaq, - Komi bildirib.
Komi 2013-2017-ci illərdə FTB-yə rəhbərlik edib və Donald Tramp tərəfindən işdən çıxarılıb. Bundan sonra o, onun əsas tənqidçilərindən birinə çevrilib. 2020-ci ildə Komi Co Baydenin, 2024-cü ildə isə Kamala Harrisin seçki kampaniyalarını açıq şəkildə dəstəkləyib.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ