İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyevanın dəstəyi Türkiyə -Azərbaycan qardaşlığının əbədi səhifələrindən birinə çevriləcək

"Azərbaycan Respublikasının birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və göstərişi ilə qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ bölgəsinə göndərilən humanitar yardımlar fəlakətə düçar olmuş soydaşlarımızın zəruri ehtiyaclarının qarşılanması baxımından olduqca əhəmiyyətlidir".

Bunu millət vəkili Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında deyib. O, qeyd edib ki, bu humanitar yardım təkcə, ilkin maddi yardım kimi yox, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət kəsb edir:

jEai8D9PvibT4KjEt.jpg (74 KB)

"Hər bir insan dara düşəndə ilk olaraq ağlına gələn qardaş köməyi olur. Elə Türkiyədə ağır təbii fəlakətlə üzləşən qardaşlarımız da şübhəsiz ki, ilk olaraq Azərbaycandan kömək gözləyirdilər. Mehriban xanım Əliyevanın qardaş ölkə üçün bütün imkanları səfərbər edərək yardım göndərməsi həm də bu qardaş gözləntisinin qarşılanması baxımından mühüm mənəvi əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu tarixi imtahan qarşısında Mehriban xanım Əliyevanın nümayiş etdirdiyi dəstəyin özü Türkiyə -Azərbaycan qardaşlığının əbədi səhifələrindən birinə çevriləcək".

H.Babaoğlu M.Əliyevanın paylaşımına da diqqət çəkdi:

WhatsApp Image 2023-02-11 at 15.20.21.jpeg (116 KB)

"Millətimizin qardaşlığının və qarşılıqlı dayanışmasının başqa bir şanlı səhifəsini isə Mehriban xanım Əliyevanın öz instaqram səhifəsindən xalqımıza ünvanladığı müraciət təşkil edir. Bu müraciətində Mehriban xanım Əliyeva xalqımızın öz tarixi ənənlərinə, humanist dəyərlərimizə sadiq qaldığını vurğulayaraq qardaş ölkəyə bütün səviyyələrdə yardım təşkil etdiyinə görə təşəkkür edir və öz xalqı ilə qürur duyduğunu bildirir. Hər bir azərbaycanlının ürəyini riqqətə gətirən bu fikirlər təkcə, Türkiyəyə yardım hadisəsi deyil, həm də xalqımızın birliyi , həmrəyliyi, milli maraqlarımız üçün səfərbər olmağı bacarması və uzun illərdir ki, Mehriban xanım Əliyevanın təbliğ etdiyi humanist dəyərlərimizin ümummilli təntənəsinin ifadəsidir. Bütün Türk dünyası da sizinlə qürur duyur hörmətli Mehriban xanım Əliyeva".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR