Onlayn ictimai-siyasi qəzet
Yüksək gəlir vədi ilə Fatih Terim, Arda Turan, Fernando Muslera və Emre Belözoğlu kimi şəxsləri aldatdığı iddia edilən Seçil Erzanın məhkəmə işi davam edir.
Keçmiş bank filialı müdiri barədə cinayət işində Fatih Terim şikayətçi qismində çıxış edir.
Bugünlərdə Bodrum 2-ci Ağır Cinayət Məhkəməsində işlə tanışlıq iclası keçirilib. Şikayətçi tərəflərdən biri olan Fatih Terim səhhəti ilə bağlı və xaricdə olduğu üçün iclasda iştirak etməyib.
Belə olduqda, müttəhim tərəfi Terimin əsaslandırılmış səbəblərinin araşdırılmasını tələb edib. Bununla bağlı məhkəmə futbol mütəxəssisi haqqında məcburi gətirilmə qərarı çıxarıb və iclası 15 aprel tarixinə təxirə salıb.//Oxu.Az
27 Fevral 2025
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ