İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan ƏMƏLİYYAT ANONSU: Meksika və Kolumbiyanı...

ABŞ qüvvələri tezliklə Latın Amerikasında narkotik kartellərinə qarşı quru əməliyyatları aparmağa başlaya bilər.

Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp Ağ Evdə müdafiə naziri Pit Heqsetlə birlikdə verdiyi açıqlamada qeyd edib: "Növbəti addım quru  əməliyyatı olacaq. Biz Senata və Konqresə gedib bu barədə onlara məlumat verə bilərik, amma təsəvvür edə bilmirəm ki, onlar bununla bağlı hər hansı bir problem yaşayacaqlar” .

Tramp bildirib ki, quru yolu ilə daşınan narkotiklər daha təhlükəlidir. Onun sözlərinə görə,  Vaşinqton administrasiyası narkotik kartellərinə qarşı müharibə aparır və onların ABŞ-a qarşı yaratdığı təhlükəni tamamilə aradan qaldırmaq niyyətindədir: "Bu, yalnız başlanğıcdır təhdid tamamilə aradan qaldırılana qədər dayanmayacağıq. Nəhayət, kartellərə əsas milli təhlükəsizlik təhdidi kimi yanaşmağa başladıq. Kartellər Amerikaya qarşı müharibə aparırlar. Və seçki kampaniyası zamanı vəd etdiyim kimi, biz onlara qarşı heç vaxt görmədikləri kimi müharibə aparırıq. Əvvəlki administrasiyalar təhlükəni azaltmağa çalışıblar, amma məqsədimiz onu aradan qaldırmaqdır".

ABŞ Prezidenti Cənubi Amerika narkotik kartellərini terrorçu qruplaşma olan İslam Dövləti (İŞİD) ilə müqayisə edib: "Bütün dünya kartellərin Qərb yarımkürəsinin İŞİD-i olduğunu aydın şəkildə bilməlidir".

Tramp hesab edir ki, Kolumbiya və Meksika tamamilə narkotik kartellərinin nəzarəti altındadır: "Onlar öz ölkələrində qorxu içində yaşayırlar. Çünki kartellər həmin ölkələri idarə edir. Buraya Kolumbiya da daxildir. Kolumbiya narkotik yuvasıdır. Bu, narkotik yuvasıdır və uzun müddətdir belədir. Onların indi orada pis bir lideri var. Onlar əvvəllər heç görmədiyimiz səviyyədə kokain istehsal edirlər. Biz buna dözməyi dayandıracağıq".

Onun fikrincə, "Meksikanı da kartellər idarə edir". Tramp həmçinin Meksika prezidenti Klaudiya Şeynbauma "böyük hörmət" bəslədiyini də bildirib: "O, cəsur bir qadındır, amma Meksikanı kartellər idarə edir və biz özümüzü bundan qorumalıyıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR