Onlayn ictimai-siyasi qəzet
Rosneft-in Almaniya hökumətinin xarici idarəetməsində olan törəmə şirkətləri ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən yeni sanksiyalardan azad olacaq.
Musavat.com xəbər verir ki, Almaniya kansleri Fridrix Merz belə hesab edir. O, Brüsseldə AB sammitinin ilk günündən sonra keçirilən mətbuat konfransında məsələ ilə bağlı suala cavab olaraq bildirib: "Güman edirəm ki, Rosneft üçün də müvafiq istisna ediləcək". O, əlavə edib ki, bu məsələ Amerika tərəfi ilə müzakirə olunacaq.
Sentyabrın 8-də Almaniya İqtisadi İşlər Nazirliyi Almaniya hökumətinin Rosneft-in bu ölkədəki aktivlərinin (Rosneft Deutschland GmbH və RN Refining & Marketing GmbH) xarici idarəçiliyini 10 mart 2026-cı ilə qədər uzatdığını açıqlayıb. Nazirlik bu addımı Enerji Təhlükəsizliyi Qanunu ilə əsaslandırıb.
Xatırladaq ki, Rusiyanın Ukraynada işğalçı müharibəsi başlayandan sonra Almaniya hökuməti mümkün təxribatların qarşısını almaq üçün Rusiya şirkətlərinin(Qazprom və Rosneft) ölkə ərazisindəki törəmə şirkətlərini öz idarəçiliyinə alıb.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ