İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel bu il Ukraynaya etdiyi büdcə yardımının məbləğini açıqladı

2025-ci ilin əvvəlindən bəri Avropa İttifaqı Ukraynaya 20,5 milyard avro xarici büdcə maliyyələşdirməsi ayırıb.

Musavat.com xəbər verir ki, rəqəmlər Aİ dövlət rəhbərlərinin Ukrayna ilə baölı bəyanatında əksini tapıb.

Bu ilki yardımla brilikdə 2022-ci ildən bəri Aİ-nin Ukraynaya ümumi xərcləri 177,5 milyard avroya çatıb: "2025-ci ildə Aİ Ukraynaya 20,5 milyard avro xarici büdcə maliyyələşdirməsi ayırıb ki, bunun 14 milyard avrosu ERA təşəbbüsündən (2024-cü ildə ödənilməli və 2042-ci ilə qədər geri ödənilməli 45 milyard avro kredit xətti – red.) ayrılıb. Bu, G7 tərəfindən dondurulmuş Rusiya aktivlərinin yenidən investisiya qoyuluşundan əldə edilən gəlirlərin girovluğu ilə təmin edilib".

Ümumilikdə, münaqişənin başlanğıcından bəri Aİ və onun üzv dövlətləri "Ukraynanı dəstəkləmək üçün 177,5 milyard avro xərcləyiblər".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR