Onlayn ictimai-siyasi qəzet
Ermənistanda məhkəmə “dizel işi” üzrə ittiham olunan üçüncü prezident Serj Sarkisyana bəraət verib.
Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökm bir neçə dəqiqə əvvəl verilib.
Qeyd olunub ki, Sarkisyanla yanaşı, neft məhsullarının idxalı ilə məşğul olan “Flash” şirkətinin sahibi Barseq Beqlaryan da bəraət alıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Xüsusi İstintaq Xidməti sabiq dövlət başçısına 1 milyon ABŞ dollarından çox dövlət vəsaitinin israfçılıq yolu ilə dağıdılmasında təşkilatçı qismində iştirak etməklə bağlı ittiham irəli sürüb. Məhkəmə eyni cinayət işi çərçivəsində koronavirusdan dünyasını dəyişən keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və nazir müavini Samvel Qalstyana qarşı da ittiham irəli sürülüb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ