İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhəbbət Kazımovun şəklini Laçına kim aparıb? - VİDEO

 
"Atamın fotosunu Laçına Murad Məmmədov adlı kəndlimiz aparıb”. 
 
Musavat.com-un xəbərinə görə, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov atasının Laçının Çorman kəndində asılan fotosundan danışarkən deyib.
 
Rəşid Kazımov həmin fotonun Murad Məmmədovun öz vəsaiti hesabına başa gəldiyini bildirib:
 
"Onlar Laçında fermalarda işləyirlər, sağ olsunlar. Fəxrdir, Laçın deyəndə Məhəbbət Kazımov, Məhəbbət Kazımov deyəndə də Laçın yada düşür. Atamın şəklini kəndimizə aparan şəxsə təşəkkür edirəm. Qismət olsa, biz də gedərik”.
 
Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Məhəbbət Kazımovun fotosunun işğaldan azad olunan Laçın rayonuna aparılması ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR