İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevdən NÜVƏ QİYAMƏTİ xəbərdarlığı - "Qərb Ukraynaya silah verdikcə..."

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev Ukrayna Silahlı Qüvvələrinə Qərb silahlarının tədarükü səbəbindən nüvə apokalipsisinin yaxınlaşdığını elan edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini postunu tutan Medvedyev Ukraynaya xarici silahların verilməsinin nəticələrini şərh edib. O, bu barədə Telegram kanalında yerləşdirdiyi videoda danışıb.

Medvedyev vurğulayıb ki, Ukraynaya Qərb silahlarının tədarükü nüvə qiyamətinin yaxınlaşması təhlükəsi yaradır. Onun sözlərinə görə, Kiyevə hər gün hərbi yardımın göstərilməsi nəticəsində böhran ehtimalı daha da reallaşır.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, ölkə Kiyevə nüvə komponenti olan silahların tədarükünə cavab verəcək. O, həmçinin Qərbin Moskva ilə son ukraynalıya qədər vuruşmağa qərar verməsini təklif edib.

Martın 21-də Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi bəyan edib ki, hərbi yardım çərçivəsində ölkə Ukraynaya bir sıra “Challenger 2” tankları ilə birlikdə zəiflədilmiş uran mərmiləri partiyası göndərəcək. Mərmilər Yuqoslaviyanın bombalanması, “Səhrada tufan” əməliyyatı və ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsi zamanı istifadə edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR