İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Ukraynanı yenə "yoxa çıxardı"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, vaxtilə prezident və baş nazir vəzifələrini icra etmiş Dmitri Medvedyev deyib ki, Ukrayna mövcud olmağı dayandıracaq, çünki “bu, heç kimə lazım deyil”.

“Ukrayna niyə yox olacaq? Çünki o, heç kimə lazım deyil”, – siyasətçi “VKontakte” sosial şəbəkəsində yazıb.

Medvedyevin sözlərinə görə, Kiyevin dəstəyi Avropa üçün maliyyə və siyasi cəhənnəmə çevrilib. ABŞ-da çoxları Ukraynanın harada olduğunu belə bilmir. Vaşinqtonun böyük vəsaitləri ABŞ-dakı problemlərin həllinə deyil, bu ölkəyə yönəltməsi çətin ki, sadə amerikalıların xoşuna gəlsin.

Afrika və Latın Amerikasında başa düşürlər ki, öz ölkələrində bir çox sosial proqramların həyata keçirilməsinə kifayət edəcək pullar Qərb tərəfindən Kiyevin silahlanmasına xərclənir.

Asiya ölkələri Ukraynanın problemləri ilə məşğul deyillər, çünki COVID-19 pandemiyasından sonra iqtisadiyyatı bərpa etməlidirlər.

Siyasətçi qeyd edib ki, Ukrayna indiki rejimi ilə onun sakinlərinə lazım deyil, onların əhəmiyyətli hissəsi artıq ölkəni tərk edib.

“Ukrayna Rusiyaya lazım deyil. ... 1991-ci il modelinin Yeni Kiçik Rusiya süni şəkildə kəsilmiş ərazilərdir, onların çoxu ilk növbədə rusdur, 20-ci əsrdə təsadüfən qoparılıb”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini yazıb.

Qeyd edək ki, Medvedyev vaxtaşırı bu kimi açıqlamalarla çıxış edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR