İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Apokalipsis anonsu verdi

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ənənəvi olara1 hər gün statuslar yazdığı Telegram kanalında qeyd edib ki, Qərbin Kiyevin Krıma zərbə endirməsinə razılığı "kazus belli" (latınca “müharibə səbəbi”) məsələsidir və Moskvaya NATO-ya qarşı hərəkət etmək imkanı verir. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Medvedyevin sözlərinə görə, bu cür bəyanatlar Rusiya Federasiyasına NATO ölkələrində hamıya və hər kəsə qarşı hərəkət etmək hüququ verir.

“Kədərlidir, heyf. Apokalipsislə bağlı proqnozlar getdikcə yaxınlaşır”, - Medvedyev bildirib.

Bir müddət əvvəl Ukrayna liderinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Qərb tərəfdaşları Kiyevi “Rusiyaya aid hər şeyi” ləğv etməkdə dəstəkləyir, xüsusən də Qərb Krım yarımadasına zərbələr endirmək barədə razılığa gəlib.

Onu da qeyd edək ki, hələ Rusiya-Ukrayna müharibəsinin ilk aylarından Medvedyev Apokalipsisdən danışır. Apokalipsis bütün dünyanın məhv olması ilə nəticələnən Qiyamət günü deməkdir. Görünür, Rusiyanın eks-prezidenti hesab edir ki, onun mini variantını ayrıca götürülmüş bir ölkədə təşkil etmək olar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR