İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev: "Öz torpaqlarımız üçün mübarizə aparırıq"

Rusiya “can verən dünya”ya qarşı ondan ötrü müqəddəs olan torpaq və orada yaşayan insanlar üçün mübarizə aparır. Onun silahı həqiqətdir.

AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb. O, paylaşımı noyabrın 4-də qeyd olunan Milli Birlik Gününə həsr edib.

Medvedev "Niyə bizim işimiz haqq işidir?" sərlövhəli paylaşımında yazıb: "Biz nə üçün mübarizə aparırıq? Rusiya Federasiyası zəngin və nəhəng ölkədir. Rusiyaya yad ərazilər lazım deyil, bizdə hər şey boldur".

Sədr müavini rus torpaqlarının ruslar üçün müqəddəs olduğunu qeyd edib. O, yazıb ki, "orada bizim əcdadlarımız yaşayıb, indi də bizim xalqımız yaşayır”.

Medvedev onu da vurğulayıb ki, Rusiya öz torpağını heç kimə verməyəcək: "Biz öz xalqımızı qoruyuruq. Öz torpaqlarımız üçün, min illik tariximiz üçün mübarizə aparırıq".

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR