İnsanlara hürriyət, millətlərə istiqlal!

"Medera Hospital"da FACİƏ: Əməkdaşı plastik əməliyyat etdirdi, öldü - FOTO

Xəbər verdiyimi kimi, Bakıda “Medera” Hospitalda plastik əməliyyat etdirən qadın vəfat edib.

Musavat.com xəbər verir ki, Axar.az sözügedən hadisə ilə əlaqədar bir sıra faktlar əldə edib.

Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım “Medera” Hospitalda “Resepşn”da işləyirmiş.

O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.

Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

Xanım ailəli olub, bir qız övladı var.

Sözügedən məsələ ilə bağlı hospitaldan saytımıza bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir. Digər suallarımızı isə xəstəxana cavabsız qoyub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR