Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Stavropol şəhərində avtomobillərin toqquşması nəticəsində beş nəfər ölüb.
Hadisə Stavropol-Krasnoqvardeyskoye avtomobil yolunun 13-cü km-də baş verib.
Belə ki, “Renault” markalı avtomobil qarşı zolağa çıxaraq “VAZ-2104” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü və onun üç sərnişini, o cümlədən 14 yaşlı yeniyetmə və 39 yaşlı sərnişin dünyasını dəyişib.
Xəsarət alan daha iki nəfər xəstəxanasına çatdırılıb./Report
29 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ