Onlayn ictimai-siyasi qəzet
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli mayın 1-də İran İslam Respublikasının mədəniyyət və islamı irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Musavat.com-a bildirilib ki, foruma qatıldığına görə iranlı həmkarına təşəkkürünü bildirən nazir “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqla bağlı qlobal platforma kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini deyib.
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında qonağa məlumat verən nazir bildirib ki, mötəbər tədbirdə iqlim dəyişikliklərinin mədəni proseslərə təsiri məsələləri də müzakirə olunacaq.
Məhəmməd Mehdi İsmaili öz növbəsində Foruma dəvətə görə təşəkkürünü bildirib, tədbirin gündəmə gətirilən mövzuların aktuallığı baxımından əhəmiyyətini qeyd edib.
Söhbət zamanı mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ