İnsanlara hürriyət, millətlərə istiqlal!

Məcburi köçkünlərin binası aralanır- Sakinlər qorxu içində - FOTO

Bakıda məcburi köçkünlər üçün inşa olunan binaların birində qəzalı vəziyyət yaranıb.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə şikayət daxil olub.

Yerli sakinlər bildirirlər ki, “Qobu Park-2” yaşayış kompleksindəki binalar günü-gündən bir-birindən aralanır.

Sakinlər bildirirlər ki, qəzalı binanın nömrəsi 17-dir. Binada həmçinin əyilmə də müşahidə olunur.

Redaksiyamıza ünvanlanan şikayəti araşdırmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev BAKU.WS-ə bildirdi ki, Dövlət Komitəsi binanın vəziyyəti ilə bağlı məlumatlıdır: "Yaranmış vəziyyətlə bağlı aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR