Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 13-də Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Qırğızıstan Prezidenti Sadır Japarov iclasda aparılan müzakirələrin MDB-yə üzv ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb. Sadır Japarov MDB-yə sədrliyin Qırğızıstandan Rusiyaya keçdiyini elan edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin MDB-yə sədrliyi dövründə prioritet hədəfləri barədə məlumat verib. Vladimir Putin MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn ilin oktyabrında Moskvada keçiriləcəyini vurğulayıb.
İclasda çıxış edən MDB-nin Baş katibi Sergey Lebedev imzalanacaq sənədlər barədə məlumat verib.
Daha sonra sənədlər imzalanıb.
Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb.
***
14:18
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası başlayıb.
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ