İnsanlara hürriyət, millətlərə istiqlal!

McDonald's və KFC müştərilərinə ŞOK XƏBƏRDARLIQ - Diqqətli olun!

Bu günlərdə iqtisadçı ekspert Vahid Məhərrəmov kolbasa-sosis məhsullarını yalnız mal, qoyun, toyuq, donuz əti deyil, həm də bitki mənşəli zülallardan, yağlardan əldə edilmiş süni ətlərdən istehsal edilməsi barədə açıqlama verib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, bu cür qidaların insan sağlamlığına ziyanı var:

WhatsApp Image 2023-02-28 at 14.49.28.jpeg (22 KB)

“Əgər hansısa qidanı canlının fermentləri həzm etmirsə, deməli, həmin qidanın zərəri var. 4 il öncə Amerikada qoyun əti almaq istədim, yaxşı bükülmüş və etiketlənmişdi, qiyməti isə çox baha idi. 1 kiloqramına 120 dollar pul verdim. Həmin əti bişirərkən ondan qəribə qoxu və dad gəlirdi. Sonradan bildim ki, süni ət imiş. Mən istisna etmirəm ki, dünyada yayılmış “McDonald's” və KFC kimi restoran şəbəkələri məhz bu cür ətlərdən istifadə edir. Əgər biz onların xaricdən gətirilən ət məhsullarına baxsaq, dondurulmuş və ya hansısa yolla bərkidilmiş taxta parçasına bənzədiyini görərik. Xüsusi aparatlar vasitəsilə şişirdilib ətə çevrilir.

Xəqani küçəsində İqtisadiyyat Nazirliyinin ekspertiza laboratoriyası var, guya AQTA-nın da mükəmməl laboratoriyaları var. Amma milyon dollarlarla yaradılmış laboratoriyalarımız belə mövzularda balıq kimi susurlar, səslərini çıxarmırlar ya da çıxarmaq istəmirlər. Səbəbi də budur ki, bazar iqtisadiyyatıdır, kapitalizm cəmiyyətidir. Çox keçməz xaricdə satılan həmin süni ət satışı ölkəmizə də gətirilər”.

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR