İnsanlara hürriyət, millətlərə istiqlal!

Maska ağır zərbə: Milyardlıq müqaviləyə dair danışıqlar dayandırıldı

İtaliya hökuməti Romanın müdafiə və diplomatik ehtiyacları üçün Starlink peyk rabitəsi xidmətlərini təmin etməklə bağlı SpaceX ilə danışıqları dayandırıb.

Musavat.com xəbər verir ki, məlumatı İtaliyanın müdafiə naziri Qvido Krosetto “La Repubblica” qəzetinə müsahibəsində açıqlayıb.

O, İtaliyanın dövlət qurumları tərəfindən Starlink peyk sistemindən istifadəyə dair mümkün razılaşma ətrafında "texniki müzakirələr"ə fasilə verildiyini deyib.
Krozettonun sözlərinə görə, sövdələşmənin müzakirəsinə şirkətin sahibi İlon Maskla bağlı çoxsaylı qalmaqallar mane olub.

Politico-nun yazdığına görə, İtaliya hökumətinin Starlink ilə mümkün sövdələşmə xəbərləri ilk dəfə yanvar ayında açıqlanmışdı. Özü də siyasi sağçı olan baş nazir Corciya Meloni Tramp administrasiyası və Maskın özü ilə yaxşı münasibətlər saxlamağa çalışır.

Lakin son vaxtlar İtaliya müxalifəti hökumətin SpaceX ilə böyük müqavilə imzalamaq planlarını fəal şəkildə tənqid edir. Müxalifət siyasətçiləri Maskın Rusiyanın təcavüzündən müdafiəsi üçün lazım olan Ukraynanı Starlink-i kəsməklə hədələdiyini əsas gətirərək, gələcək danışıqları ləğv etməyə çağırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR