İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask və Rubio Ağ Evdəki iclasda dalaşıb? Tramp: "Mən orada idim..."

ABŞ prezidenti Donald Tramp İlon Mask və dövlət katibi Marko Rubio arasında Ağ Evdə ciddi qarşıdurma yaşandığı barədə yayılan məlumatları təkzib edib.

Musavat.com Associated Press-in (AP) yaydığı məlumata əsasən yazır ki, Ağ Evdə keçirilən kabinet iclası zamanı Mask və Rubionun hökumət daxilində genişmiqyaslı işdən çıxarılmalarla bağlı ciddi fikir ayrılığına düşdüyü bildirilirdi. Bu, administrasiyada daxili gərginliyin artdığına dair fərziyyələri gücləndirmişdi.

Lakin Tramp bu iddiaları rədd edərək, “Heç bir toqquşma olmayıb, mən orada idim… İlon Marko ilə əla münasibətdədir” – deyə açıqlama verib.

Bununla belə, bir çox siyasi müşahidəçi Mask və Rubionun arasındakı münasibətlərin son aylarda korlandığını, xüsusilə də Maskın hökumətin bəzi iqtisadi qərarlarından narazı olduğunu vurğulayır.

Ağ Evdəki bu iddialar fonunda Trampın hər iki şəxs arasında barışdırıcı mövqe tutmağa çalışdığı diqqətdən qaçmır. Lakin Mask və Rubionun gizli siyasi çəkişmələrinin gələcəkdə hansı nəticələr doğuracağı sual altındadır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR